Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“METAK” gəlir və mənfəətini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“METAK” gəlir və mənfəətini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda borular və fitinqlər istehsalçısı “METAK” şirkəti 2018-ci ilin birinci yarısını 3 milyon 132 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "METAK" MMC 2017-ci ili 1 milyon 408 min manat xalis mənfəət ilə bağlamışdı. Artıq cari ilin 6 ayında şirkət ötənilki mənfəətindən 2,2 dəfə çox qazanıb.

 

“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 38 milyon 261 min manat, cəmi xərclər 35 milyon 129 min manat təşkil edib. Nəticədə, “METAK” 3 milyon 132 min manat mənfəət əldə edib. Şirkət cari ilin birinci yarısında mənfəət vergisi ödəməyib.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Ötən il "METAK" MMC-nin cəmi gəlirləri 70 milyon 639 min manat, o cümlədən məhsul satışından gəliri 70 milyon 601 min manat təşkil etmişdi. 

 

ŞİRKƏT BÖYÜYÜB

 

30 İyun 2018-ci il tarixində “METAK” 72 milyon 65 min manat cəmi aktivlərə, 22 milyon 886 min manat cəmi öhdəliklərə və 30 milyon 708 min manat cəmi kapitala malik olub. Müqayisə üçün qeyd edək ki, şirkət ötən ilin sonunda 66 milyon 947 min manat cəmi aktivlərə, 39 milyon 862 min manata cəmi öhdəliklərə və 27 milyon 85 min manat cəmi kapitala malik idi.

14.11.2018 10:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ