“Pensiya islahatlarının müsbət nəticəsini görmürəm”

“Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

O qeyd edib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Bu məsələ qadınlar üçün isə heç başadüşülən deyil”.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

14 Noyabr 2018 , 16:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin