Ən yuxarı statik reklam_3

Xələf Xələfova yeni vəzifə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xələf Xələfova yeni vəzifə verildi

Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncamda bildirilib ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmış və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilmişdir. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul etmişlər. Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaratmışlar.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun bu Sərəncamın 1-ci hissəsində göstərilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərsin.

14.11.2018 15:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ