Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ 2001-ci ildən bəri müharibələrə təqribən 6 trilyon dollar sərf edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ 2001-ci ildən bəri müharibələrə təqribən 6 trilyon dollar sərf edib

Birləşmiş Ştatlar son 20 il ərzində hərbi əməliyyatların aparılmasına təqribən 5,9 trilyon dollar vəsait sərf edib.

 

Reklam_3_11

TASS xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin professoru Net Kraufordun apardığı araşdırmalarla bağlı hesabatında deyilir.

 

Hesabatda qeyd olunur ki, bu məbləğə Pentaqonun xərclədiyi pullarla yanaşı "Dövlət Departamenti tərəfindən müharibə ilə əlaqəli xərclər, müharibə veteranlarına qulluq xərcləri, müharibəyə görə götürülən borcların faizləri, terror aktlarının qarşısının alınması və daxili təhlükəsizlik nazirliyi tərəfindən onlara reaksiyanın göstərilməsi üçün sərf olunan vəsaitlər daxildir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Kraufordun hesablamalarına görə, hərbi əməliyyatlar nəticəsində ümumilikdə 480 mindən çox insan həlak olub ki, onlardan da 244 nəfəri dinc sakinlərdir. Təqribən 10 milyon insan öz yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.

 

Hərbi əməliyyatlar 2023-cü ildə bitəcəyi təqdirdə, xərclərin ümumi məbləği, Kraufordun fikrincə, borc faizlərini çıxmaq şərti ilə azı 6,7 trln. dollar təşkil edəcək.

 

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi İŞİD terrorçularına qarşı beynəlxalq koalisiya qüvvələri Suriyanın şərqindəki məscidlərdən birinə hava zərbəsi endirib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

15.11.2018 03:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ