Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Breksit sazişi diqqət mərkəzində - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Breksit sazişi diqqət mərkəzində - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngiltərənin Avropa Birliyindən ayrılması sazişinin İngiltərə höküməti tərəfindən təsdiqlənməsi maliyyə bazarlarında müsbət qiymətləndirilib.

 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında Breksit sazişinin İngiltərə hökümətində razılaşdırılmasından sonra Avropa Birliyi tərəfindən də  təsdiqlənməsi üçün təqdimatı avro və funtun 1%-ə kimi bahalaşmalarınsa səbəb olub. Lakin bununla yanaşı Avrozona və İngiltərədə siyasi və iqtisadi risklər yüksək olaraq qalır. Breksti sazişi Avropa Parlamentində təsdiq edildikdən sonra İngiltərə parlamentindən də keçməlidir.


 

Bakı vaxtı ilə saat 3:00-da çıxış edən Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povel isə ABŞ iqtisadiyyatına dair suallara müsbət cavab verib: "ABŞ iqtisadiyyatı inkişaf edir və daha sürətlə inkişaf edəcəkdir". 


 

Bütün bunlar son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşmanın yenidən bahalaşma ilə əvəz edilə biləcəyinə işarədir. Avrozona və İngiltərə iqtisadiyyatı ilə bağlı göstəricilər getdikcə zəif açıqlandığı bir şəraitdə ABŞ iqtisadiyyatına dair müsbət siqnallar gəlməkdə davam edir. 


 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerika iqtisadiyyatı ilə bağlı önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir. 


 

Qızılda bahalaşma

 

Siyasi risklər və ABŞ-da inflyasiyanın artması əlvan metallar bazarlarında da qızıl qiymətinin dəyər qazanmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1210$-a kimi 1% bahalaşıb və 1216$-ı da yuxarı istiqamətdə qırarsa, 1225$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

 

15.11.2018 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ