Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın iri şirkəti qənnadı sektoru üçün seminar təşkil etdi- İLK DƏFƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri şirkəti qənnadı sektoru üçün seminar təşkil etdi- İLK DƏFƏ

Ölkənin ən nüfuzlu şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi “Vesta Horeka” MMC öz partnyoru “EFKO” Şirkətlər Qrupu ilə birlikdə respublikada fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün ilk dəfə olaraq yağ və süd məhsullarından istifadə barəsində seminar təşkil edib. 

 

Reklam_3_11

“EFKO” şirkətinin  qida qatqılarının assortiment və tətbiq imkanları” adlı seminarına onlarla sex, fabrik və şirniyyat evlərinin nümayəndələri qoşulub.

Tədbiri açıq elan edən “Vesta Horeka” MMC-nin ARGE ( Araşdırma və genişləndirmə) və İdxalat üzrə şöbə müdiri Sevda Hacıyeva bilidirib ki, bu seminarı təşkil etməkdə məqsəd yerli bazarda etibarlı yağ məhsulunun tanıtımını təşkil etmək, dolayısı ilə insanlara daha keyfiyyətli və ləzzətli qənnadı məhsulları təqdim etməyə yardımçı olmaqdır. “Bu gün Avrasiya iqtisadi zonasında ən böyük günəbaxan yağı istehsalçısı, həmçinin Rusiyanın qida sənayesinin ilk üçlüyündən biri olan “EFKO” Şirkətlər Qrupu  qısa müddət ərzində Azərbaycanda yağ bazarında 50% paya malik olmağı bacarıb. Bu isə o deməkdir ki, həm EFKO, həm də EFKO-nun rəsmi nümayəndəsi  Vesta Horeka ilk növbədə keyfiyyətə və ekoloji baxımdan təhlükəsizliyə üstünlük verir” – deyə, yerli nümayəndə qeyd edib.

 

Ardınca çıxış edən “EFKO” Şirkətlər Qrupunun nümayəndəsi Alyona Surkova şirkətin sertifakasiya sistemindən bəhs edərkən bildirib ki,  EFKO bir qida müəssisəsi olaraq tələb olunan bütün sertfikatlara  - İSO 9001-2011, İSO 9001:2008, IFS Food, BRC Global, Kosher, Sedex və s. - malik olmaqla yanaşı, o, məhsul ixrac etdiyi müsəlman ölkələrini də nəzərə alaraq 2015-ci ildə Halal sertfikatını qazanıb və istehsalat prosesini bütün sertifikatların tələblərin uyğun aparmaqdadır.

 

Daha sonra tədbir iştirakçılarına “Yağ hasilatının təhlükəsizliyi və keyfiyyət göstəricilərinin yoxlanılması metodları”, “Şirniyyat, süd və süd məhsullarının istehsalında qlobal tendensiyalar” kimi mövzularda təqdimatlar göstərilib, seminarın interaktiv şəkildə keçirilməsi təmin olunub.

 

O da qeyd olunmalıdır ki, tədbirə ev sahibliyi edən “Vesta Horeka” MMC mütəmadi olaraq yerli sahibkarlar üçün  “EFKO” fabrikini və fabrikdə istehsal prosesini yaxından görmək üçün fabrikin yerləşdiyi Alekseyevka şəhəri  - EFKO fabrikinə səfərlər təşkil edir. 
 

15.11.2018 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ