Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nobel Oil şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nobel Oil şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlıqları üzrə təlim həyata keçirib

Nobel Oil şirkətlər qrupuna daxil olan Global Energy Solutions (Glensol) şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk dəfə turbin avadanlıqları sahəsində təlim və dəyirmi masa təşkil edilib.

 

Nobel Oil şirkətinin beynəlxalq tərəfdaşlarının ekspertlərinin iştirakı ilə iki günlük tədbirdə müxtəlif təqdimatlar həyata keçirilib və təcrübə mübadiləsi aparılıb. Proqramın məqsədi turbin avadanlıqları sahəsində ölkədə və regionda innovativ texnologiyalarının tətbiqinə töhfə verməkdir.

 

Tədbir çərçivəsində 100-dək iştirakçıya əcnəbi mütəxəssislər tərifindən təqdimatlar nümayiş etdirilib və dəyirmi masa müzakirələri aparılıb. Təlimdə SOCAR, BP və digər şirkətlərin nümayəndələri, eləcə də bir sıra ali təhsil ocaqlarından professor və tələbələr iştirak edib.

 

2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol regionda neft-qaz sənayesində turbin avadanlıqları üzrə texniki xidmət göstərən ilk yerli şirkətdir. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər iri şirkətlər onun müştəriləri sırasındadır.

 

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.

 

Nobel Oil Services həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil və Global Energy Solutions şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

15.11.2018 08:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ