Mobil manşet üstü reklam-3_21

Britaniya şirkəti Azərbaycanda bazasını istifadəyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Britaniya şirkəti Azərbaycanda bazasını istifadəyə verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Britaniyanın “Expro” neft-servis şirkəti Azərbaycanda bazasını istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.

 

““Expro” bu gün Bakıda bir neçə ofis və emalatxanadan ibarət bazasını açıb. Obyektin yaradılmasına 3,8 mln. funt sərmayə qoyulub. Bazaya şirkətin 30 əməkdaşı yerləşdiriləcək”, - deyə məlumatda qeyd olunur.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

“Expro” ümid edir ki, bazanın istifadəyə verilməsi şirkətə BP ilə “Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ-2 çərçivəsində sualtı avadanlıq tədarükü və xidmətlərin göstərilməsinə dair bağlanmış müqaviləni yerinə yetirməyə imkan verəcək.

 

"BP ilə “Şahdəniz” layihəsi ilə bağlı birinci müqavilə 2014-cü ildə imzalanıb. Bu yaxınlarda “Expro” bu sövdələşmənin daha 4 il müddətinə uzadılmasına nail olub. Yeni obyekt şirkətin regionda sualtı xidmətlərin göstərilməsi üçün daha çox müştərinin cəlb edilməsi üzrə səylərinə xidmət edəcək", - deyə məlumatda bildirilir.

 

"Yeni imkanlara sərmayə qoyuluşları bizə iştirakımızı genişləndirməyə və BP də daxil olmaqla iri müştərilərimizə yüksək keyfiyyətli sualtı xidmətlər göstərməyə imkan yaradır", - deyə məlumatda şirkətin MDB ölkələri üzrə vitse-prezidenti Neyl Simsə istinadən bildirilir.

 

Onun sözlərinə görə, Azərbaycanda bazanın açılması “Expro” şirkətinə quyuların sınaqdan keçirilməsi və xidmətlərin göstərilməsi üzrə aparıcı dünya təcrübəsindən istifadə edərək təkliflər portfelini genişləndirməyə kömək edəcək.

 

“Expro” şirkəti qərargah mənzili Redinq şəhərində (Böyük Britaniya) yerləşən beynəlxalq neft-servis şirkətidir. Şirkət quyuların sınaqdan keçirilməsi və qiymətləndirilməsi, sualtı, kompleks və intervensiya, eləcə də istehsal xidmətləri göstərir.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfaks-Azərbaycan

15.11.2018 12:55

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ