Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Rusiya qarşısında təxminən 1 milyard dollar mənfidədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiya qarşısında təxminən 1 milyard dollar mənfidədir

2018-ci ilin 10 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 mlrd. 992 mln. 90 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3% çoxdur.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin DGK) aylıq hesabatında məlumat verilib.

 

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,9%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Cari ilin 10 ayı ərzində Azərbaycan Rusiyaya 509 mln. 985 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb.

 

Yanvar-oktyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 482 mln. 105 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 23% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 16,02% Rusiyadan tədarükün payına düşüb.

 

Beləliklə, cari ilin yanvar-oktyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 972 mln. 120,32 min dollar təşkil edib.

15.11.2018 13:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ