Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mənzillər, obyektlər nümayiş etdiriləcək - SƏRGİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzillər, obyektlər nümayiş etdiriləcək - SƏRGİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

20-22 fevral 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya “Caspian Realty” sərgisi keçiriləcək.

 

Reklam_3_11

Sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin aparılmasına zəmin yaratmaq, ölkəmizdə və xüsusən paytaxtda həyata keçirilən çox sayılı maraqlı layihələri eyni məkanda nümayiş etdirmək, unikal işgüzar mühit yaratmaqdır.

 

Sərgidə daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olan, eləcə də maliyyə, hüquq, məsləhət və dizayner xidmətləri göstərən yerli və xarici şirkətlər, o cümlədən müxtəlif daşınmaz əmlak sektorlarını təmsil edən yüksək ixtisaslı mütəxəssislər, investorlar və dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər. “Caspian Realty 2019” sərgisində kommersiya təyinatlı, eləcə də mənzil, ticarət və şəhərətrafı daşınmaz əmlak obyektləri ilə yanaşı, müxtəlif investisiya layihələri və dizayner xidmətləri də təqdim olunacaq.

 

Sərgi iştirakçı şirkətlərə üç gün ərzində geniş alıcı kütləsi və potensial müştərilərlə ilə görüşmək və öz təkliflərini, maraqlı layihələrini təqdim etmək, əlaqələr qurmaq və bir başa satış etmək imkanları yaradacaqdır. Bununla yanaşı, sərgi həm Azərbaycanda, həm də xaricdə reallaşdırılan inşaat layihələri ilə bağlı məlumatlardan faydalanmaq üçün unikal imkan yaradır.

 

Bu il ilk dəfə keçirilən sərgiyə investisiya şirkətləri, layihə və memarlıq büroları, daşınmaz əmlak agentlikləri, inşaat şirkətləri, dövlət strukturları, maliyyə təşkilatları və bankların, eləcə də konsultasiya və İT şirkətlərinin nümayəndələri, habelə brokerlər və fərdi sahibkarlar dəvət olunurlar. Bu sahədə regionun ən mühüm tədbiri olacaq “Caspian Realty” sərgisində iştirakınız müəssisənizin yeni əməkdaşlıqlar və effektiv əlaqələrin qurulmasına, satışlarınızın artırılmasına və bazarda mövqeyinizin və imicinizin möhkəmlənməsinə unikal şərait yaradacaqdır.

15.11.2018 13:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ