Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dövriyyələrin bank sektoruna cəlb edilməsinin maliyyə resurslarını ucuzlaşdıracağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyələrin bank sektoruna cəlb edilməsinin maliyyə resurslarını ucuzlaşdıracağı gözlənilir

Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə keçirilən "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır.

 

Reklam_3_11

İki gün davam edəcək, 40 nəfərə yaxın beynəlxalq və yerli spikerin, 500 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, forum əksər ölkələrin islahat gündəliklərinin ayrılmaz hissəsi olan iqtisadiyyatın, maliyyə xidmətlərinin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirəsinə həsr olunub.  Uzunmüddətli iqtisadi inkişafın başlıca baza determinantlarından biri olaraq rəqəmsallaşma bütövlükdə müasir rəqəmsal texnologiyalar əsasında dövlət idarəetməsinin, biznesin inqilabi transformasiyası deməkdir.

 

O, öz çıxışında qeyd etdi ki, Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunmuş, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

A.Quliyev ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək olan Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əhəmiyyəti barədə məlumat verdi. Dövlət Proqramının strateji məqsədi iqtisadi dövriyyələri bank sektoruna cəlb etməklə, maliyyə sektorunun kreditləşmə və investisiya imkanlarının artırılması və bununla da əhali və biznesin ucuz maliyyə resurslarına çıxışının genişləndirilməsidir.

 

Nəzərdə tutulan tədbirlər ölkədə nağdsız iqtisadiyyatı genişləndirməklə kölgə iqtisadiyyatını azaldacaq və rəqəmsal bankçılığının inkişafına təkan verəcəkdir. Rəqəmsal ödənişlərin genişləndirilməsi iqtisadiyyatda monetar və fiskal nəzarətin güclənməsinə imkan verməklə makroiqtisadi siyasətin effektivliyini də artıracaqdır.

 

Çıxışının sonunda A.Quliyev iki gün davam edəcək forumun işində uğurlar arzu edərək tədbiri yüksək səviyyədə təşkil edən Azərbaycan Banklar Assosiasiyasına öz təşəkkürünü bildirdi.

15.11.2018 14:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ