Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın şərab şirkətiləri Çində razılaşdılar - 3 MİLYONLUQ MÜQAVİLƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın şərab şirkətiləri Çində razılaşdılar - 3 MİLYONLUQ MÜQAVİLƏ

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.

 

Bu barədə "Marja"ya nazirlikdən bildirilib. 

 

Məlumatda bildirilir ki, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Artıq “Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb.

 

Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

 

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

 

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.

15.11.2018 14:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ