İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyasında ətin mənşəyinin müəyyən edilməsi üçün müvafiq şərait yaradılıb və mütəxəssislər üçün təlimlər keçirilib.
Artıq Mərkəzin laboratoriyasında müasir texnologiyalardan istifadə etməklə ətin mənşəyinin təyin edilməsi üzrə müayinələrə başlanıb.
Görülən işlər istehlaklakçıların keyfiyyətli və təhlükəsizlik göstəricilərinə tam uyğun məhsullarla təmin edilməsinə, istehlak bazarına nəzarətin səmərəliliyinin daha da artırılmasına xidmət edir.