Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandan 14 milyard dollarlıq neft və qaz ixrac edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan 14 milyard dollarlıq neft və qaz ixrac edilib

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 24 mln. 195,372 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Reklam_3_11

“2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac olunmuş 12 mlrd. 923 mln. 328,03 min dollar dəyərində neftin bəyan edilmiş həcmi 24 mln. 195,372 min ton təşkil edib”, - Komitədən bildirilir.

 

2017-ci ilin yanvar-oktyabr aylarında ixrac edilmiş 6 mlrd. 539 mln. 344,36 min məbləğində neftin bəyan edilmiş həcmi 16 mln. 977,159 min ton təşkil etmişdi. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 42,5%, pul ifadəsində 1,9 dəfə artıb. 

 

QAZ İXRACI 20% ARTIB

 

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1 mlrd. 209 mln. 621,69 min dollar məbləğində bəyan olunmuş qazın ixracı 6 mlrd. 184 mln. 175,16 min kubmetr təşkil edib.

 

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1 mlrd. 1 mln. 705,19 min dollar məbləğində bəyan olunmuş qazın ixracı 5 mlrd. 649 mln. 24,92 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 9,5%, dəyər ifadəsində 20,7% artıb. 

 

NEFT MƏHSULLARININ İXRACI 71% ARTIB

 

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 459,661 mln. dollar məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 695,112 min ton təşkil edib.

 

2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədən 268,277 mln. dollar məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 583,653 min ton təşkil etmişdi. Beləliklə, cari ilin 10 ayı ərzində ixrac həcmi miqdar ifadəsində 30,5%, dəyər ifadəsində 71,3% artıb.

 

2017-ci ildə Azərbaycandan 339,159 mln.dollar məbləğində neft məhsullarının bəyan olunmuş ixrac həcmi 835,452 min ton təşkil etmişdi.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan 

16.11.2018 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ