Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əlillik təyin olunanların sayında böyük azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əlillik təyin olunanların sayında böyük azalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

-Cari ilin III rübündə bu ilin ilk rübünə nisbətən ilkin əlillik 61,3 faiz azalıb

 

Reklam_3_11

-Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb


 

2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, ikinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.

 

O cümlədən, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

 

Qrup

2018-ci il

 III rüb

 

2018-ci il

I rübə nisbətən azalma

2018-ci il

 II rübə nisbətən

azalma

I qrup

375

75,84%▼

36,87%▼

II qrup

1990

62,27%▼

18,38%▼

III qrup

696

51,93%▼

22,49%▼

SİMU

995

55,00%▼

11,71%▼

Cəmi

4056

61,32%▼

19,79%▼

 

Əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.

 

Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.

16.11.2018 07:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ