Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Həmyerlimiz islam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həmyerlimiz islam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 14-15 noyabr 2018-ci il tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilmişdir.

 

Reklam_3_11

İclasda Azərbaycandan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin  ilk xanım üzvü və İstanbulda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının üzvü - Könül Nurullayeva iştirak etmişdir.

 

İHİF-nın “ Qadın və İdman” Komitəsinin  rəhbəri - Könül Nurullayeva öz çııxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunmuş, bu istiqamətdə araşdırmalar aparıb ciddi addımlar atmağın vacibliyini qeyd etmişdir.


 Könül xanım “İdmanda qadın siyasətinin həyata keçirilməsində  gender məsələləri  üzrə  islam dövlətlərinin məsul şəxsləri üçün təlim” ilə yanaşı daha iki layihəni İcraiyyə Komitəsinə təqdim etmişdir. İcraiyyə Komitəsi layihələri dəyərləndirib 2019-cu ildə icrası ilə bağlı razılıq vermişdir.

 

 Eyni zamanda tədbir zamanı Banqladeşda keçirilən İHİF-nın 2-ci Kamandan Oxatma, cari ilin iyul ayında Bakı şəhərində keçirilən 2-ci Tennis çempionatının hesabatları, İstanbul şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq mərhələsi, 2019-cu ildən etibarən Səudiyyə Ərəbistanda təşkil olunacaq Gənclərin 1-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq hesabatı, Milli Olimpiya Komitələri arasında imzalanacaq Anlaşma Memorandumları və s. mövzular müzakirə olunmuşdur.

 

Nəzərinizə çatdırmaq istərdik ki, 2017-ci ilin may ayında Azərbaycan  57 islam dövlətini özündə birləşdirən, Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci böyük təşkilat hesab edilən İslam Həmrəylik İdman Federasiyasının 4 ildən bir keçirilən oyunlarına ev sahibliyi etmişdir. Qeyd edək ki, Könül Nurullayeva - Bakıda keçirilən İslam Həmrəylik Oyunları zamanı Milli Olimpiya Komitələri ilə Əlaqələr şöbəsinə rəhbərlik etmişdir və 2013-cü ildən etibarən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvüdür. Ölkəmizin nümayəndəsinin bu mötəbər qurumda təmsil olunması bizim üçün xoş və qururvericidir.

16.11.2018 07:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ