Hökumətdə vergi dəyişiklikləri ilə bağlı qəti qərar yoxdur
Azərğbaycanda gələn il üçün gözlənilən vergi dəyişiklikləri parlamentə təqdim olunsa da, hələlik hökumətdə ayrı-ayrı dəyişikliklərlə bağlı qəti fikir yoxdur. İlin başa çatmasına, yəni dəyişikliklərin qüvvəyə minməsinə cəmi ay yarım qalmasına baxmayaraq Vergi Məcəlləsi ilə bağlı müzakirələr bütün qurumlarda davam edir.
Halbuki mövcud qrafikə əsasən, məcəllə üzrə müzakirələr Vergilər Nazirliyi, Nazirlər Kabineti və Prezident Aparatında başa çataraq parlementdə davam etməliydi.
Məlumata görə, hətta Vergilər Nazirliyinin özündə də Məcəlləyə dəyişikliklərin bəzi detalları ilə bağlı müzakirələr bu gün də davam etməkdədir. Əsas müzakirə mövzusu, sadələşdirilmiş vergi və onun əhatə etdiyi sahələrin müəyyən edilməsi ilə bağlıdır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Maraqlıdır ki, vergilər naziri dövlət televiziyası ilə çıxışında bu məsələ ilə bağlı qəti fikir söyləməyib.
Nazir sadələşdirilmiş verginin dərəcəsinin 4%-dən 2%-ə endirilməsini ciddi güzəşt adlandırıb və bildirib ki, bunun nəticəsində sadələşdmirilmiş vergi ödəyicilərinin vergi yükü iki dəfə azaldılacaq.
Bununla yanaşı, M.Cabbarov təklif edilən digər dəyişikliklər barədə ətraflı danışmaq istəməyib: «Sadələşdirilmiş vergi fəaliyyətlərinə də nəzər salırıq və sadələşdirmiş vergi fəaliyyətinə aid ola bilən siyahını müəyyənləşdiririk. Yəqin ki, vurğulanmalı olan dəyişikliklər və islahatlarla bağlı bunları qeyd etməklə kifayətlənək. Çünki qanun qəbul ediləndən sonra bu barədə ətraflı məlumat və maarifləndirmə aparılacaq». Başqa sözlə, nazirin sözlərindən məlum olur ki, sadələşdirmiş vergi fəaliyyətinə aid ola bilən şəxslərin siyahısının son variantı hələ məlum deyil.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl