Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Qaçaq siqaretin payı 4%-dək azalıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qaçaq siqaretin payı 4%-dək azalıb"

Azərbaycanda pərakəndə ticarət şəbəkəsində qaçaq tütün məmulatlarının payı ilin əvvəlinə 18%-dən 3,5-4%-dək azalıb. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

 

Reklam_3_11

"Daxili bazarda aksizsiz tütün məmulatlarının satışının qarşısının alınması üzrə görülən tədbirlər nəticəsində 2018-ci ilin əvvəlinə qaçaq tütün məmulatlarının payını 18%-dən 3,5-4%-dək azaltmaq mümkün olub”, - deyə M.Cabbarov AzTV telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Onun sözlərinə görə, hazırda Vergilər Nazirliyi spirtli içki istehsalı sahəsində də kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri həyata keçirir. "Bunun üçün 30 ən iri aksizli mal istehsalçısında aksiz postları qurulub (avqustun 1-dən). Nəticədə daxili bazarda araq satışı üzrə dövriyyənin demək olar ki, 3,5 dəfə azaldıldığı müəyyən edilib", - deyə nazir qeyd edib.

 

O vurğulayıb ki, nazirlik kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində sistemli yanaşma tətbiq etməyi planlaşdırır. Bu yanaşma qanunvericilikdə stimullaşdırma metodlarını və sanksiyaların sərtləşdirilməsini nəzərdə tutacaq. "Bu gün pərakəndə ticarət və digər sahələrdə kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunlar büdcə üçün itki, vicdansız rəqabətin inkişafı, iqtisadiyyatda nağd hesablaşmaların yüksək səviyyəsi deməkdir", - deyə M.Cabbarov əlavə edib.

 

O deyib ki, nazirlik fəaliyyətində, yəni yoxlamalar zamanı analitik yanaşmanı gücləndirəcək. "Belə yanaşma nəticəsində cari ilin 10 ayı ərzində səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalıb", - deyə vergilər naziri bildirib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© İnterfaks-Azərbaycan

16.11.2018 08:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ