Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahibkarlıq fəaliyyəti üzrə sosial sığorta haqları dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlıq fəaliyyəti üzrə sosial sığorta haqları dəyişir

Əksər fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 20%-dən 25%-nə qaldırılır.


 

Reklam_3_11

“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.


"Marja" xəbər verir ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur. 

 

Sahibkarlıq fəaliyyəti üzrə:

 

- minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; 

 

-mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; 

 

xüsusi notariuslar üzrə

 

-minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; 

 

-müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonarar məbləğinin 15 faizi miqdarında; 

 

-Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək.

 

Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.


Hazırda, carət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin,digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin: 

 

Bakı şəhərində 100 faizi,

 

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

 

respublika tabeli digər şəhərlərdə 80 faizi,

 

rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

 

kənd yerlərində 50 faizi  miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

16.11.2018 09:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ