Ən yuxarı (mobil)_30

Audi Q8-lərin sayı şəhərdə günü-gündən artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Audi Q8-lərin sayı şəhərdə günü-gündən artır

(©) Audi Q8 krossoverlərin sayı şəhərdə günü-gündən artır. Bu modelin idman üslublu dizaynı və müasir görünüşü bizim də diqqətimizi cəlb etdi. Avtomobilin premyerasından sonra bu model barədə ətraflı məlumat almaq üçün Audi Bakı Mərkəzinə üz tutduq. Deyilənə görə bu 4- qapılı Coupe SUV Audi brendinin ilk Coupe SUV avtomobilidir.

 

İdman üslublu hibrid krossoverin konsepti ilk olaraq ABŞ-da təqdim olunmuşdu. Modelin ilk premyerası isə may ayında Çində baş tutub. Modelin dizanı Audi-nin məşhur avtomobil dizayneri  Mark Lixte tərəfindən hazırlanmışdır. Dizaynı ərsəyə gətirən almanlar Q8-i 1980-ci illərin Audi S1 Quattro modelinə bənzətdilər.

 

Avtomobilin güclü və əzələli silueti güclü və dinamik xarakterli krossoverin xüsusiyyətlərini əks etdirir. İlk olaraq saytda göstərilən texniki göstəricilər bölməsində görürük ki, bu model 340 at gücü və  500 Nm hasil edən güclü 3.0 L həcmində V6 TFSİ mühərriyinə malikdir, 0-100 sürətlənmə isə - 5.9 san. baş verir. Qeyd edək ki, Azərbaycana ancaq benzin mühərrikli modellər gətizdirilir. Audi brendinin illərdi ki ”imza” xüsusiyyəti olan daimi tam çəkimli “quattro” bu avtomobili  həm şəhər, həm də yolsuzluq şəraiti üçün mükəmməl edir.

 

Keçək ən maraqlı hissəyə - interyerə. Sükan arxasına əyləşəndə ilk olaraq diqqətimizi qara parlaq panel və MMİ touch ekranlar çəkir, üstəlik Audi-nin yüksək keyfiyyətli dəri materialların ətri salonda xüsusi abu hava yaradır. Qaranlıqda isə salonun rəngli kontur işıqlanması insanın əhval ruhiyəsini qaldırır.

 

Bəli əminliklə demək olar ki, Audi Q8 həqiqətəndə mövcud Coupe SUV modellərin asrasında ən geniş və ən son texnoloji xüsusiyyətlər ilə təchiz olunan modeldir. Audi Bakı Mərkəzinin təmsilçilərinin dediyinə görə yenicə təqdimatı olan Audi Q8 qısa müddətdə satış rekordları vurub.

16.11.2018 12:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ