Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana avtobus gətirmək bahalaşacaq - YENİ AKSİZ VERGİLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana avtobus gətirmək bahalaşacaq - YENİ AKSİZ VERGİLƏRİ

Azərbaycana idxal olunan avtobuslar aksiz vergisinə cəlb edilə bilər.

 

Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

 

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

 

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

 

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

 

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Avtobuslar

 

- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrə görə - 2 manat

- Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda

8000 manat + mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat

- Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda

16000 manat + mühərrikin həcminin 6001-8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat

- Mühərrikin həcmi 10 000 kubsantimetrədək olduqda

28000 manat + mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat

- Mühərrikin həcmi 10 000 kubsantimetrədən çox olduqda

44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

16.11.2018 13:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ