Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Palata: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşır

Azərbaycanda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir”.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, Hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.

 

"Sənəddə ödənişlərlə bağlı bir çox məsələlər öz əksini tapıb. Qanun layihəsi bütövlükdə bu sahəni hüquqi şəkildə tənzimləyir, kifayət qədər əhatəlidir. Onun hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınıb, yəni beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. Bu gün də maliyyə sektoru və aidiyyəti dövlət qurumları ilə müzakirələr aparlır, sənəd təkmilləşdirilir”, - deyə o qeyd edib.

 

MBNP rəsmisinin sözlərinə görə, qanun layihəsi çərçivə sənədi rolu oynamaqla yanaşı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir: “Sənəddə yeni innovasiyaların tətbiqinə, ödəniş sistemi iştirakçılarının və istehlakçılarının hüquq və vəzifələrinin tənzimlənməsinə geniş yer verilib. Bunun tətbiqindən müsbət nəticələr əldə edəcəyik. Ödəniş sistemləri, elektron pul təşkilatları, benəlxalq kart təşkilatları və ödəniş agentlərinin fəaliyyəti hüquqi baxımdan tənzimlənəcək”.

 

O həmçinin bildirib ki, qanunda elektron pul təşkilatlarının daha geniş fəaliyyəti nəzərdə tutulub: “Elektron pul təşkilatları ödəniş təşkilatlarının da fəaliyyətini, həm də elektron pulun emissiyasını həyata keçirəcək. Ödəniş təşkilatları isə elektron pul emissiyası həyata keçirməyəcək. Əsas fərq budur. Bundan əlavə, ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən digər fəaliyyət də həyata keçirilə bilər. Onlar ödəniş sisteminin operatoru olmaq istədikdə əlavə lisenziya almalıdırlar. Qanun bu şəkildə qəbul olunarsa, Azərbaycanda yeni ödəniş sistemlərinin yaradılması mümkün ola bilər”. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Report

16.11.2018 14:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ