Ofisiant, bərbər və dərzilərin nəzərinə - SABİT VERGİ GƏLİR

Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir. 

 

Bu məsələ Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklələ bağlı qanun layihəsində öz əskini tapıb. 

 

Belə ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

 

Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

 

Digər dəyişikliyə əsasən isə sadələşdirilmiş vergi (Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

 

Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

16 Noyabr 2018 , 18:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin