Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

26 ton kartof məhv edildi - Fotolar

iç səhifə xəbər başlığı altı (mobil)_31
26 ton kartof məhv edildi - Fotolar

Noyabrın 16-da Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.

 

Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

16.11.2018 15:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ