Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

610 ədəd istehsal edilib, 168 ədədi anbarlarda qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
610 ədəd istehsal edilib, 168 ədədi anbarlarda qalıb

2018-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda cəmi 610 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

 

Reklam_3_11

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr ayları (9 ayda) ərzində Azərbaycanda 458 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Oktyabrda istehsal 152 ədəd artıb. Avqustda artım 147 ədəd təşkil etmişdi.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə artıb.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

01.11.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 610 ədəd minik avtomobilinin 168 ədədi anbarlarda olub. 01.10.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 153 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 15 ədəd artıb.

 

Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.

 

Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.  

 

 “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 890 avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür.

17.11.2018 07:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ