Yumurta istehsalı azalıb - RƏSMİ

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsinin 1 miluon 49,1 min hektarı biçilmiş və həmin sahələrdən 3 milyon 57,7 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülmüşdür. "Marja" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

 

Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilmişdir. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202,0 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 64,0 sentner qarğıdalı dəni götürülmüşdür.

 

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 259,7 min ton olmuşdur.

 

2018-ci il noyabr ayının 1-nə kimi sahələrdən 1 milyon 390,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox tərəvəz, 885,5 min ton (keçən ilki qədər) kartof, 401,6 min ton (8,2 faiz az) bostan məhsulları, 804,1 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 146,3 min ton (7,8 faiz çox) üzüm, 845,2 ton (20,2 faiz çox) yaşıl çay yarpağı, 271,7 min ton (1,5 faiz az) şəkər çuğunduru, 188,0 min ton (21,8 faiz çox) pambıq, 24,1 min ton (19,4 faiz az) dən üçün günəbaxan, 4,8 min ton (6,6 faiz çox) tütün yığılmışdır.

 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1 milyon 720,1 min ton, yumurta istehsalı 2,1 faiz azalaraq 1 milyard 416,5 milyon ədəd və yun istehsalı 1,0 faiz azalaraq 15,7 min ton olmuşdur.

 

 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artmışdır

17 Noyabr 2018 , 10:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin