Əlcəzairin neft şirkəti Nigerdə böyük neft ehtiyatı tapıb

Orta Afrika ölkəsi Nigerin Kafra bölgəsində Əlcəzairin neft şirkəti "Sonatrach" tərəfindən neft ehtiyatı kəşf edilib.



Niger dövlət televiziyası, "Sonatrach"ın keçən ildən bu yana Niger-Əlcəzair sərhədində apardığı neft axtarışı işləri nəticəsində həmin ərazidə ölkənin ən böyük neft yataqlarından birini kəşf etdiyini bildirib.


"Marja" xəbər verir ki, "Sonatrach" ötən aprel ayında Kafrada bir neft yatağının mövcudluğuna dair məlumat açıqlamışdı.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Çin Milli Neft Şirkəti (CNPC) və Niger arasında əldə edilmiş razılaşmaya görə, CNPC ölkənin cənub-şərq bölgəsi Agademdə gündəlik 90 min barrel neft çıxaracaq. Neft Nazirliyinin məlumatlarına görə, 20 min barrel hasilatın olduğu ölkədə sözügedən müqavilə ilə gündəlik neft hasilatı 110 min barelə çatacaq.

 

Afrikanın ən yoxsul ölkələrindən biri sayılan Nigerdə zəngin uran ehtiyatlarının da olduğu bildirilir.

17 Noyabr 2018 , 10:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin