ABŞ-da neft qazma qurğularının sayı artıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və yaxın gələcəkdəki xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə də artıb.
 

"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın açıqladığı həftəlik məlumatına görə, ABŞ-da neft qazma qurğularının sayı 10-16 Noyabr dövründə əvvəlki həftəyə nisbətən  2 ədəd artıb.
 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Beləliklə, ötən həftə 886 olan ABŞ-ın neft qazma qurğularının sayı bu həftə 888-ə qalxıb.
 
Dünyada ən geniş istifadə edilən London Brent növü xam neftin barrel qiyməti cümə günü 66,83 dollardan, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 56,78 dollardan bağlanıb.

17 Noyabr 2018 , 11:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin