Əhalinin gəlirlərinin artm tempi qiymətlərin artmasını üstələyib

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artaraq 43 milyard 871,5 milyon manata çatmışdır.

 

Marja” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

 

Əhalinin gəlirlərinin artması qiymətlərin artmasını üstələyib. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artmışdır.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

2018-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 540,5 manat təşkil etmişdir.

17 Noyabr 2018 , 11:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin