Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Əmək haqqından vergi necə tutulacaq? - HESABLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək haqqından vergi necə tutulacaq? - HESABLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergi Məcəlləsinə dəyişikliklərin miqyası o qədər böyükdür ki, buna inqilabi islahatlar da deyirlər.

 

Reklam_3_11

Dəyişikliklərdən sonra dövlət və özəl sektorda çalışanların büdcəyə ödənişləri və əllərində qalan son məbləğ fərqlənəcək. 

 

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

 

- Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar;

 

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması.

 

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

 

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

 

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Tutaq ki, vətəndaş ayda 500 manat əmək haqqı alır. Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üzrə sosial sığorta ayırmaları və vergi ödənişlərini hesablayaq:  

 

500 manat- 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.

300:100x14% = 42 manat (gəlir vergisi)

(500-200)x10%+6 =36 manat (sosial sığortaya ayırmalar)  

500x2%=10 man (həmkarlar ittifaqına ödəniş)

Cəmi - 88 manat

500-88= 412 manat

 

Beləliklə, dövlət və neft-qaz sahəsində ayda 500 manata çalışan işçilər bu ödənişlərdən sonra əllərinə təmiz 412 manat alacaqlar.


Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üzrə sosial sığorta ayırmaları  və vergi ödənişlərini hesablayaq:

 

500 manat - 200 manat (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat.

Gəlir vergisi – 0%. (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

200 x 3% = 6 manat  (sosial sığortaya ayırma)

6+(500-200)x10% = 36 manat (sosial sığortaya ayırmalar)   

500-36 = 464 manat


Beləliklə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar bu ödənişlərdən sonra 464 manat əmək haqqı alacaqlar.

 

Göründüyü kimi, 500 manata dövlət sektorunda və özəl sektorda çalışanlar arasında vergi və sosial ayırmalar üzrə fərq 52 manat təşkil edir.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Oxu

17.11.2018 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ