Sement, kərpic, armatur istehsalı artıb

2018-ci ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 512,1 milyon manat təşkil etmişdir.

 

Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 22,1 faiz, tikinti kərpicinin istehsalı 6,4 faiz artmış, tikinti əhənginin istehsalı 10,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 33,8 faiz, tikinti gipsinin istehsalı 51,5 faiz azalmışdır.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 609,9 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 13,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 1,2 faiz azalma müşahidə olunmuşdur.

 

Yanvar-oktyabr ayları ərzində sahə üzrə 260,5 min ton (36,0 faiz çox) armatur, 657,4 ton (17,4 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 109,0 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.

17 Noyabr 2018 , 11:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin