Gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsinə başlanılır

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunda ikinci ödəniş məntəqəsi yaradılıb.

 

Bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

 

A.Abasov bildirib ki, artıq bununla bağlı "Azərpoçt" MMC ilə müqavilə imzalanıb: "İdxal və ixrac xəttində ödəniş xidməti ayrılıqda həyata keçiriləcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almağa kömək edir".

 

DGK rəsmisi "ASAN Pay" sistemi vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsinə başlanıldığını da qeyd edib: "Artıq bütün hazırlıq işləri tamamlanıb, yaxın günlərdə sistemə qoşulma baş tutacaq. Bu sistemə inteqrasiya vətəndaşların rahatlığına, məmur vətəndaş təmasının minimuma endirilməsinə xidmət edir". 

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Report

17 Noyabr 2018 , 15:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin