Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Hesabat və arayış təqdim etməyən kəndli cərimə oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesabat və arayış təqdim etməyən kəndli cərimə oluna bilər

Azərbaycanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən kəndlilər cərimələnə bilər.

 

"Marja" xəbər verir ki, Vergilər Məcəlləsinə aşağıdakı məzmunda 57.1-1-ci maddənin əlavə edilməsi təklif olunur:

 

-Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əmək haqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Qeyd edək ki, kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər və ailə kəndli təsərrüfatları sosial sığorta haqlarının uçotunu aparmalı və bu barədə sığortaçıya hesabat verməlidir. Həmçinin, hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış verilməlidir.

19.11.2018 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ