Mobil manşet üstü reklam_21

30 bankdan 10-u kiçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
30 bankdan 10-u kiçilib

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.

 

Bunlar "Nikoyl Bank", "Access Bank", "Günay Bank", "Turan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Rabitəbank", "Amrah Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (63,5%), ən az azalma isə "Nikoyl Bank" da (0,9%) qeydə alınıb.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Qalan 20 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "NBC Bank"da (56,5%), ən az artım isə "AGBank"da (2,2%) baş verib. 

 

5 bankın aktivləri 1 milyard manatdan çoxdur

 

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 320,262 milyon manat), "PAŞA Bank" (4 332,01 milyon manat), "Kapital Bank" (3 457,534 milyon manat), "Xalq Bank"dır (1 941,013 milyon manat) və "Azərbaycan Sənaye Bankı"dır (1 007,197 milyon manat).

 

Qalan 25 bankdan 10-nun aktivləri 0,5 - 1 milyard manat arasında, 14 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,747 milyon manatdır.

 

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Renkinq

19.11.2018 06:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ