Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Birindən 10 % vergi tutulacaq, digəri vergidən azad olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Birindən 10 % vergi tutulacaq, digəri vergidən azad olacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergi Məcəlləsinə 2 maddənin əlavə olunması təklif olunur:


“102.1.22-1. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;”

Reklam_3_11


106.10. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.”;

 

“Marja”nın məlumatına görə, vergi eksperti Vəli Əliyev bununla bağlı bildirir ki, bu dəyişikliklər bərabərlik prinsipini pozur və daha az dövriyyənin olmasını stimullaşdırır:

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

“Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.


İki vətəndaş və hər birinin tək başına təsis etdikləri iki ayrı hüquqi şəxs təsəvvür edək. Bu iki hüquqi şəxsin faəliyyət növünün də eyni olduğunu düşünək və hesab edək ki, hər iki hüquqi şəxs mühasibat xidməti göstərir. Bunlardan birinin illik gəliri 201 min olduğu üçün ƏDV ödəyicisi, digərinin illik gəliri 199 min olduğu üçün sadələşdirilmiş verginin ödəyicisidir. Təqvim ili başa çatdıqdan və büdcəyə ödənişlər aparıldıqdan sonra hər birinin bölüşdürülməli xalis mənfəəti 10000 manat təşkil edir və həmin xalis gəlir divident şəklində təsisçilərə verilir. 

 

Məcəlləyə təklif olunan dəyişikliyə əsasən ƏDV ödəyicisi olan hüquqi şəxsin təsisçisinin (həmin təsisçi hüquqi və yaxuq fiziki şəxs ola bilər) əldə etdiyi dividentdən 10 % vergi tutulacaq, lakin digər hüquqi şəxsin təsisçiyə ödədiyi divident vergidən azad olacaq. Eyni zamanda yuxarıda qeyd olunan maddələr qüvvəyə minərsə qanunvericilik daha az dövriyyənin olmasını stimullaşdırır. Halbuki, əksinə olmalı idi. Nəticədə Qanunda bərabərlik prinsipi pozulur”. 

19.11.2018 06:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ