Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ukraynanın kurort şəhəri Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukraynanın kurort şəhəri Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir

Ukraynanın mərkəzi kurort şəhəri olan Trustkavets Azərbaycanın zəngin turizm bölgələri ilə əməkdaşlığa xüsusi maraq göstərir.

 

Reklam_3_11

Bu fikri adıçəkilən şəhərdə səfərdə olan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Truskavets şəhər meri Andrey Kulçinski deyib.

 

Mer qeyd edib ki, Azərbaycanın kurort bölgələri ilə Truskavets arasında qarşılıqlı turizm mübadiləsinin aparılması ikitərəfli münasibətlərimizin inkişafında yeni eranın başlanğıcı ola bilər.

 

Son bir ildə Azərbaycanla Ukrayna arasında mal dövriyyəsinin inkişaf tempindən söz açan səfir Azər Xudiyev azərbaycanlı iş adamlarının Ukraynanın bir çox iqtisadi layihələri ilə yanaşı turizm sektoruna da böyük investisiya yatırımları qoyduğunu diqqətə çatdırıb. Görüş zamanı hər iki ölkə arasında səmərəli investisiya mühitindən yararlanmağın vacibliyini vurğulayan səfir bildirib ki, Azərbaycanda xarici investorların yatırımı üçün kifayət qədər sağlam mühit mövcuddur.

 

A.Xudiyev bildirib ki, Azərbaycanın tanınmış şirkətləri Trustkavets şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır. Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Trustkavets şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

19.11.2018 06:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ