Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neft, hasilatın azaldılacağı gözləntisi ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, hasilatın azaldılacağı gözləntisi ilə bahalaşır

ABŞ-da xam neft hasilatının artması fonunda OPEC və tərəfdaşlarının hasilatı daha böyük həcmdə azaldacağı ehtimal edilib. Bu şaiyələr ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib.
 

"Marja" xəbər verir ki, neft qiymətləri ötən həftə 6.2% düşdükdən sonra bu gün 1 faizə qədər yüksəlib.

 

"Baker Hughes"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı üç ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.  
 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Səudiyyə Ərəbistanı, istehsalçıların hasilatı gündəlik 1 milyon barrel azaltması lazım gələcəyini qeyd edib. Rusiya Prezidenti Vladimir Putin isə etdiyi açıqlamada, "70 dollar səviyyəsindəki neft qiymətləri bizə tamamilə uyğundur" - deyib.
 
Analitiklər bildirirlər ki, bazar, ABŞ-da istehsal artsa da, OPEC-in istiqaməti müəyyənləşdirməsini və müəyyənedici istehsalçı rolunu oynamasını gözləyir.

Bakı vaxtı ilə saat 10:50-yə olan məlumata görə, Brent nefti 1% bahalaşaraq 67,38 dollara qalxıb. 

19.11.2018 07:54

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ