Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mikro və ya kiçik sahibkarlar üçün yeni vergi güzəştləri olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mikro və ya kiçik sahibkarlar üçün yeni vergi güzəştləri olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

 

Reklam_3_11

Bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

 

Layihədə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

 

Bundan başqa, KOB klaster şirkətinin mənfəəti- KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək. 

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Report

19.11.2018 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ