Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycan" kinoteatrı, “Ağdaş Quşçuluq” hərraca çıxarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan" kinoteatrı, “Ağdaş Quşçuluq” hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək.

 

Elan edilən bu hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır.

 

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Astarada kinoteatr, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Sabirabad və  Samux kimi şəhərlərdə yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m ilə 190 kv.m intervalında olan belə obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 93.4 kv.m olan qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Adı çəkilən dövlət əmlakı kiçik xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

 

Bakı, İsmayıllı, Saatlı, Yevlax kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Ağdaş Quşçuluq”, “Goranboy Aqrotexservis”, “Bərdə Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.

 

Avtomobil almaq istəyən vətəndaşlar budəfəki hərracda buraxılış tarixi 1989-2007 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Qeyd edək ki, bu avtomobillər Daewoo, BMW, KAMAZ və digər markalara aiddir.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda özəlləşən dövlət əmlakları ölkədə yeni biznes müəssisələrinin yaranmasına şərait yaradır. Vətəndaşlara geniş seçim imkanı təklif edən prosesdə tətbiq olunan elektron imkanlar isə şəffaf və rahat mühiti təmin edir. Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu  mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilər.

19.11.2018 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ