Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL xaricə yeni reys açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL xaricə yeni reys açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, AZAL J2-119/J2-120  reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub  konfiqurasiyalı  Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

 

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter  proqramı əsasında həyata keçirilirdi.

 

Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl “Grand Mosque” məsçidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə Kuwait towers göydələninin yuxarı  mərtəbələrindəki restoranında şam yeməyinə qatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan “Kuwaiti Stock Exchange” fond birjasını da ziyarət edə bilərsiniz. 

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bu reyslə uçuş qiyməti (gediş-dönüş) "ekonom" sinifdə 530-550 manat, "komfort" sinifdə isə 960 manat təşkil edir. 

 

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür.

19.11.2018 09:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ