Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda Belarus kombaynları istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Belarus kombaynları istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına 2019-cu ilin I rübündə başlanması nəzərdə tutulur.

 

Reklam_3_11

BELTA informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasından əvvəl jurnalistlərə müsahibəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev söyləyib.

 

X.Fətiyev qeyd edib ki, Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması üzrə zavodun tikintisi başa çatmaq üzrədir. “Gələn ilin birinci rübünün sonunadək bu müəssisədə ilk traktorların yığılmasını nəzərdə tuturuq”, -deyə o əlavə edib.

 

Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması nəzərdə tutulur. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək. Gəncə avtomobil zavodu Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair Belarus müəssisələri ilə üç müqavilə imzalayıb. Xüsusən, MTZ traktor komplektlərinin min ədədinin tədarükü ilə bağlı razılıq əldə edilib ki, onların da 300-nün cari ilin sonunadək göndərilməsi nəzərdə tutulur. “Qomselmaş” ASC ilə 30 kombaynın tədarükünə dair müqavilə də bağlanılıb. 2019-cu ildə Azərbaycan müəssisəsində Belarus kombaynlarının istehsalına başlamaq planlaşdırılır. Minsk avtomobil zavodu ilə imzalanmış müqaviləyə görə, Azərbaycana Bakı aeroportu üçün avtobusların maşın komplektləri də göndəriləcək.

19.11.2018 10:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ