Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Türk axını”nın dəniz hissəsinin inşası tamamlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Türk axını”nın dəniz hissəsinin inşası tamamlandı

31.5 milyard kubmetr Rusiya təbii qazını Türkiyə və Avropaya nəql edəcək “Türk axını”nın (“TurkStream”) dəniz hissəsi tamamlanıb

 

Reklam_3_11

Bu gün bununla bağlı İstanbulda keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib. Müxtəlif ölkələrdən də rəhbər şəxslərin iştirak edəcəyi mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

 

Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. 2019-cu ilin sonunda qazın Rusiyadan Türkiyəyə nəqli gözlənilir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, “Türk axını” nəinki Türkiyənin, eləcə də region üçün əhəmiyyətli layihədir: “Rusiya Türkiyənin mühüm enerji tərəfdaşıdır. Türkiyə 1987-ci ildən indiyədək Rusiyadan 387 milyard kubmetr təbii qaz alıb. Hazırda İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində təbii qaz qəbulu terminalının inşası davam edir”.

 

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, bu gün “Türk axını”nın mühüm hissəsi tamamlanıb. Qoşa xətt üzrə Qara dənizdən keçməklə 1800 kilometrdən çox boru kəməri döşənib. Layihə beynəlxalq standartlara uyğun icra edilir və ətraf mühitə təsiri minimumdur: “Hazırda Rusiya qazı “Mavi axın” boru kəməri ilə Türkiyəyə nəql edilir. “Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”.

 

Qeyd edək ki, boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır. Həmin xəttin Yunanıstan və ya Bolqarıstandan keçməsi nəzərdə tutulur. Bununla bağlı hazırda danışıqlar aparılır.

19.11.2018 13:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ