Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ərdoğan: "Türk Axını" 2019-da hazır olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan: "Türk Axını" 2019-da  hazır olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31.5 milyard kubmetr Rusiya təbii qazını Türkiyə və Avropaya nəql edəcək "Türk Axını"nın dəniz hissəsinin tikintisi tamamlanıb. "Marja" xəbər verir ki, bu münsibətlə keçirilmiş mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.
 

Açılış mərasimində danışan Prezident Tayyib Ərdoğan, "Türk Axını"nın ikitərəfli əlaqələr və region baxımından tarixi bir layihə olduğunu və 2019-da fəaliyyətə başlayacağını söyləyib. Ərdoğan, ""Türk Axını" layihəsi, inşallah 2019-ci ildə keçiriləcək testlərin ardından fəaliyyətə hazır olacaqdır" deyib. Ərdoğan, qazın yarısının Avropaya çatdırılmasının planlaşdırıldığını bildirib.
 


YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Ərdoğan "Türk Axını"nın region üçün də bir çox üstünlüyü olduğunu bildirib.


 
Ərdoğan, Türkiyənin Rusiyadan 1987-ci ildən bu yana 387 milyard kubmetrlik təbii qaz alışı həyata keçirdiyini bildirib. 


 
Rusiya Federasiyası ilə əməkdaşlığın çox geniş bir spektrdə irəlilədiyinə diqqət çəkən Ərdoğan "Rusiya ilə ikitərəfli münasibətlərimizin çərçivəsini, heç bir zaman digər ölkələrin tələblərinə və ya inadına görə müəyyənləşdirmədik. Bizim üçün Rusiya Federasiyası, uzunmüddətli əməkdaşlıq edə biləcəyimiz etibarlı bir dost və mühüm təbii qaz tədarükçüsüdür" ifadəsini istifadə edib.
 

PUTİN: TÜRKİYƏ MÜHÜM TƏBİİ QAZ MƏRKƏZİ OLACAQ
 

Rusiya Prezidenti Vladimir Putin çıxışında Türkiyə ilə 100 milyard dollarlıq ticarət həcminə nail olmaq istədiklərini bildirib. Putin "Rusiya və Türkiyə olaraq enerji sahəsində əməkdaşlığını uzun illər ərzində çox uğurlu bir şəkildə həyata keçiririk" - deyib.
 

 

Putin "Türk Axını"nın Türkiyəni mühüm qaz mərkəzi halına gətirəcəyini və Türkiyə Respublikasının mövqeyinə də müsbət təsir edəcəyini qeyd edib.


 
Mərasimdə çıxış edən Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz "Türkiyə qaz ticarətində söz sahibi ölkələrdən biri olacaq. "Türk Axını"ı fəaliyyətə başlayanda 15 milyon nəfərin illik qaz ehtiyacını ödəmiş olacağıq" deyib.

19.11.2018 14:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ