Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gürcüstanda işsizliyin səviyyəsi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda işsizliyin səviyyəsi artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstanda işsizliyin səviyyəsi artıb və cari ilin üçüncü rübündə 12,2 faiz təşkil edib.

 

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin direktoru Qoqita Todradze keçirdiyi brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, işsizlik səviyyəsinin artması mövsümi amillərlə bağlıdır. Bu, həmçinin təhsil sektorunda çalışanların sayının azalması, bir sıra digər sektorlarda işlə təminatın aşağı olması ilə əlaqədardır.

 

Bildirilib ki, ölkədə işsizliyin səviyyəsi rüblük müqayisədə 0,1 faiz artıb. İşsizliyin səviyyəsi kişilər arasında 13 faiz, qadınlar arasında isə 11,3 faiz olub.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

İqtisadçı ekspertlərin fikrincə, ölkədə işsizliyin artması davam edəcək. Bu, ölkədə milli valyutanın devalvasiyası, qiymətlərin artımı, bəzi zavod və fabriklərin, istehsal sahələrinin bağlanması ilə əlaqədardır. “Əgər iqtidar tezliklə yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələri yaradılması, aqrar sahədə çalışanlara subsidiyaların verilməsi ilə bağlı tədbirlər görməsə işsizliyin səviyyəsi daha da artacaq”, - deyə ekspertlər vurğulayıblar.

20.11.2018 04:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ