Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-da həftəlik xam neft ehtiyatları 2,6 milyon barel azalıb.


 
 "Marja" ABŞ Enerji İnformasiya İdarəsinə (EIA) istinadən xəbər verir ki, ölkədə kommersiya xam neft ehtiyatlarının bir əvvəlki həftə ilə müqayisədə ötən həftə 2,6 milyon barrel (0,5 faiz) azalaraq 483,2 milyon barrelə geriləyib.

 

Bazar gözləntisi ehtiyatların 1,6 milyon barrel aşağı düşəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,4 milyon barel azalmışdı.


 
 ABŞ-da strateji neft ehtiyatları dəyişməyib və sözügedən həftədə 695,1 milyon barreldə qalıb.

 

Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 99 min barel artımla 8,8 milyon barelə yüksəlib.


 
Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 943 min barel azalaraq 7,36 milyon barelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 0,5 milyon barel (0,2 faiz) artaraq 230 milyon barel olub. Fakta münasibətdə bazar gözləntisi 2,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,4 milyon barrel artmışdı.

15.12.2016 03:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ