Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro 1.15 dollara kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.15 dollara kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerika hökümətinin həyata keçirtdiyi proteksioniz siyasətinin ölkəyə fayda verəcəyi xəbərlərinin yayılması, investorların diqqət mərkəzindədir.


 

 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son bir həftədir ucuzlaşmaqda davam edir. Buna səbəb Amerika iqtisadiyyatında inkişaf dinamikasının zəifləyə biləcəyi ehtimallarıdır.

 

Lakin bazar ertəsi ABŞ ilə Çin arasında ticarət müharibasində ABŞ-ın daha çox qazanması ilə bağlı xəbərlərin yayılmasından sonra dolların ucuzlaşması dinamikası zəifləyib və yenidən bahalaşa biləcəyi proqnozları güclənib.

 

ABŞ ilə Çin arasında son doqquz ay ərzində həyata keçirilməyə başlanılan proteksionizm siyasəti nəticəsində dünya bazarlarında ABŞ-ın kənd təsərrüfatı məhsullarına, xüsusilə də soya üçün yeni alıcınn tapılması fonunda narahtlıqlar mövcud idi. Blumberq agentliyinin bazar ertəsi verdiyi məlumatlara əsasən, Vyetnam ABŞ məhuallarına maraq göstərməyə başlayıb və okeyanlarda olan ticarət gəmiləri son bir neçə həftədir marşrutlarını dəyişirlər. Bu, ümumilikdə dünya bazarında ticarət axının dəyişməsinə işarədir. 

 

Bugünə kimi ABŞ-ın xarici ticarət ilə bağlı açıqlanan statistik məlumatlarında, Çinin ABŞ-a asanlıqla məhsul idxal edildiyi göstərilsə də mütəxəssislər mənzərənin getdikcə Çinin əleyhinə dəyişdiyini vurğulayırlar. İdxal şirkətləri gömrük rüsumlarının arta biləcəyi gözləntiləri ilə Çin məhuslları ilə özlərini təmin etdikləri üçün bu, özünü statistik məlumatlara müsbət tendensiya kimi göstərir. Lakin gələcəkdə vəziyyət zamanla dəyişəcək, çünki Çin məhsullarının qiymətləri bahalaşmaqdadır və 4.5%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 

 

İqtisadi araşdırmalar institutu "Ifo"-nun da açıqladığı hesablamalara əsasən, ABŞ-ın gömrük gəlirləri 22.5 milyard dollara kimi arta bilər. Eyni zamanda, gömrük rüsumları artırılan idxal məhsullarının 37% və beləliklə, ABŞ-ın Çin qarşısında ticarət defisiti də 17%-ə kimi azala biləcəyi gözlənilir. ABŞ-ın məhsullarına tələb isə 10%-ə kimi azala bilər. 

 

Qeyd etmək lazımdır ki, Çin ABŞ-dan idxal olunan kənd təsərrüfatı məshullarına, ABŞ isə öz növbəsində Çindən idxal olunan çap avadanlıqlar, batareyalar və günəş panelləri (250 milyard dollar dəyərində) qarşı rüsumları artırıb. ABŞ-ın Çindən tələbi ölkəsində məhsulların azad ticarətinə imkan yaratmaqdır. Əks təqdirdə, Amerika Çində idxal olunacaq məhsullara qarşı gömrük rüsumlarını daha da yüksəldəcəyi bəyanatını verib. Çinin isə gömrük rüsumlarını 110 milyard dollardan çox artıra biləcəyi imkanı yoxdur. Noyabr ayının sonlarında ABŞ ilə Çin prezidentlərinin görüşü planlaşdırılır. 

 

ABŞ-da yerli şirkətlər xarici ticarət maneələri ilə qarşılaşsalar da yeni hökümətin yeni vergi sistemi burada vəziyyəti qorumağa imkan verir. Belə ki, 2017-ci ildə mənfəət vergisi 35%-dən 21%-ə kimi azaldılmışdı.

 

Avro 1.15$-a kimi bahalaşa bilər

 

Nəticədə EUR/USD məzənnəsi artıq 1.14$-ın üzərində ticarət edilməkdədir. Qiymət sözügeən səviyyənin üzərində qaldıqca, bahalaşma 1.15$-a kimi davam edə bilər. 

 

Avropa da siyasi və iqtisadi risklər diqqət mərkəzində saxlanılmalıdır və avroya olan təzyiqlər yenidən arta bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

20.11.2018 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ