Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Belə bir ssenaridə Türk lirəsi 20 faiz dəyərdən düşə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Belə bir ssenaridə Türk lirəsi 20 faiz dəyərdən düşə bilər"

Amerika bankı "Wells Fargo"ya (Uels Fargo) görə, ABŞ və Çin arasındakı ticarət münaqişəsi böyük bir qlobal riskdən qaçış dalğasına təkan verməsi vəziyyətində, TL, bəzi inkişaf etməkdə olan ölkə valyutaları ilə 20 faiz dəyərdən düşə bilər. 



 
ABŞ və Çin arasındakı ticarət münaqişəsi böyük bir qlobal riskdən qaçış dalğasına təkan verməsi vəziyyətində, bundan hansı valyutalar ən çox təsirlənə bilər?


 
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

"Marja" xəbər verir ki, "Wells Fargo"nun araşdırmasına görə, belə bir ssenaridə Türk Lirəsi, Cənubi Afrika Randı, Meksika Pesosu, Çili Pesosu, Filippin Pesosu, Argentina Pesosu, Macar Forinti və Polşa Zlotisi ən azı 20 faiz dəyər itirə bilər.

 

"Wells Fargo"nun strateqi Brendan Mckenna, "Biz hələ də inkişaf edən ölkə məzənnəsi böhranının yaxın olduğunu düşünmürük; Yenə də inkişaf edən bazar valyutalarına təmkinli mövqeyimizi qoruyuruq",- deyib.


 
 Qurumun qiymətləndirilməsi aşağıdakı meyarlara əsaslanır:


 
-Cari əməliyyatlar kəsiri: ÜDM-ə nisbətinin 2.5 faiz və ya daha yüksək olduğu ölkə "kövrək" hesab edilir,
 
 
-İdxalı qarşılama nisbəti: Mərkəz banklarının valyuta ehtiyatları altı aydan az idxalını qarşılayan ölkələr valyuta ehtiyatı kafiliyi baxımından yüksək həssaslığa malikdir,
 

-Siyasi risk: Bank, hökumət sabitliyi, idarəetmə qabiliyyətinə dair çətinlikləri və siyasət tətbiq etmək imkanlarını nəzərə alan Marsh ve BMI araşdırma indiqatorlarından istifadə edir.

20.11.2018 07:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ