Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı kafi səviyyədədir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı kafi səviyyədədir?

Amerika bankı "Wells Fargo"nun (Uels Fargo) hesabatına görə, mərkəz banklarının valyuta ehtiyatları 6 aydan az idxalını qarşılayan ölkələr valyuta ehtiyatı kafiliyi baxımından yüksək həssaslığa malikdir.

 

Bəs Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idxalı qarşılama nisbəti hansı səviyyədədir?

 

“Marja” xəbər verir ki, Oktyabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 536.4 milyon dollar təşkil edib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar - oktyabr aylarında Azərbaycanın idxalı 9 milyard 252 milyon dollar təşkil edib. Azərbaycanın aylıq idxalının 1 milyard dollar civarında olduğunu nəzərə alsaq, 2018-ci ilin sonunda cəmi idxalın 11 milyard dolları keçəcəyini proqnozlaşdırmaq olar.  

 

Rəqəmlərdən göründüyü kimi, Mərkəzi Bankın valyuta ehtiyatları illik idxalımıza sərf olunan valyutanın 50%-i qədərdir. Başqa sözlə, Mərkəzi Bankın valyuta ehtiyatları 6 aylıq mal və xidmət idxalına kifayət edir. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı kafilik baxımından həssasdır.

 

Qeyd edək ki, Oktyabrda Azərbaycanın idxalı 1 milyard 347 milyon dollar təşkil edib. Əgər aylıq idxal daha da artarsa valyuta ehtiyatlarının idxalı qarşılama nisbəti aşağı düşə bilər.

20.11.2018 08:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ