Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gömrüyün sədrinin iştirakı ilə biznes-forum keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrüyün sədrinin iştirakı ilə biznes-forum keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (AR DGK) və Caspian European Club 2018-ci il dekabrın 6-da birgə biznes-forum təşkil edəcək. Biznes-foruma DGK-nın sədri Səfər Mehdiyev sədrlik edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

Reklam_3_11

Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişinə, Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş məsələlərin və təkliflərin müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs əsasında təşkil olunur.

 

Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin gömrük fəaliyyəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.

 

“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi və şəxsən Səfər Mehdiyev biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.

 

Biznes-forumda http://caspianenergy.org/index.php/az/registration/item/358-business-forum-06-12-2018  linki üzrə Caspian European Club-un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.

 

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

 

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

20.11.2018 09:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ