Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Maliyyə institutlarına qarşı maliyyə sanksiyalarının məbləği 5 dəfə artırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə institutlarına qarşı maliyyə sanksiyalarının məbləği 5 dəfə artırılır

Maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, ölkənin normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə maliyyə sanksiyasının həcmi 5 dəfə artırıla bilər. 

 

Reklam_3_11

Bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.

 

Dəyişiklik qəbul edilərsə, hər belə hesab və ya əməliyyat üçün maliyyə sanksiyası 100 manatdan 500 manata artırılacaq.

 

Təklif olunan digər dəyişikliyə əsasən, bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyasının məbləği 10 dəfə artırılaraq 1 000 manatdan 10 000 manata çatdırılacaq.

 

Xatırladaq ki, 16.1.11-4.maddəyə əsasən maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Report

20.11.2018 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ